Banka borcu olan İran vətəndaşı qanunsuz yolla Azərbaycandan qaçarkən saxlanıldı
16:47 21 Avqust 2018
Son günlərdə Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində külli miqdarda pirotexniki vasitələrin ölkə ərazisinə qaçaqmal yolu ilə gətirilməsinin qarşısı alınıb, “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Azərbaycandan İran İslam Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd edən 1 nəfər şəxs saxlanılıb.
DSX-nın Mətbuat Mərkəzindən Femida.az-a verilən məlumata görə, avqustun 15-də Gürcüstanla dövlət sərhədində Ehram çayının axını ilə müqabil ölkə ərazisindən üzüb gələn 2 ədəd göy rəngdə çəllək aşkar olunub. Çəlləklərə baxış keçirilən zaman 14 ədəd “XL Hotshot 8S” markalı fişəng, 1960 ədəd “Bigtragel Crarcker” pirotexniki vasitə, 35 ədəd “X-nova”, 10 ədəd “Ku Fly”, 20 ədəd “Etel”, 10 ədəd “Odsen-6700”, 10 ədəd “Kgtell” markalı mobil telefon qutuları aşkar olunub.
Avqustun 18-də Göytəpə sərhəd dəstəsinin xidməti ərazisində Biləsuvar rayonu Biləsuvar kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində Azərbaycandan İran İslam Respublikası istiqamətində nəzarət iz zolağında 1 nəfərə məxsus iz aşkar olunub və dərhal keçirilən sərhəd axtarışı əməliyyatı nəticəsində 1 nəfər sərhəd pozucusu qismində saxlanılıb.
Araşdırma zamanı saxlanılan şəxsin İran İslam Respublikası vətəndaşı, Təbriz şəhər sakini 1970-ci il təvəllüdlü Kəfafi Qasım Məhəmməd olması, bu ilin fevral ayında Culfa SNM-dən qanuni yolla Azərbaycana gəlməsi, Azərbaycan vətəndaşı ilə ailə qurması, “Access Bank”a borclu olduğu üçün ölkədən çıxışına qadağa qoyulması səbəbindən dövlət sərhədini qanunsuz yolla keçməyə cəhd etməsi məlum olub.
Sərhəd pozucusunun üzərində Azərbaycanda yaşamaq üçün bir illik icazə vəsiqəsi, 1 ədəd “Samsunq” markalı mobil telefon, 1000 ABŞ dolları, 720 İran realı, 58 manat, İrana məxsusu müxtəlif 6 ədəd, Azərbaycana məxsus plastik kart aşkar olunub.
Qeyd edilən faktlar üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Femida.az
Oxunub: 342
Oxşar xəbərlər
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- İran Məsləhət Şurasının yeni tərkibi təsdiqlənib, Həsən Ruhani siyahıya daxil edilməyib
- Makron: “İranla nüvə sazişinə qayıtmaq hələ də mümkündür”
- İrandan Azərbaycana 53 kq-a yaxın narkotikin gətirilməsinin qarşısı alınıb
- İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Azərbaycana gəlir
- İranda məcburi hicaba qarşı kampaniya başlayıb
- Ərdoğanın İrana səfər tarixi açıqlanıb
- Azərbaycan sərhədini pozan İran vətəndaşları saxlanılıb
- Ceyhun Bayramov İrana gedib
- ABŞ və İran nümayəndələri arasında danışıqlar davam etdiriləcək