Hansı hallarda tələbələr təhsil haqqından azad olunur? - QANUN

Hansı hallarda tələbələr təhsil haqqından azad olunur? - QANUN


19:56     21 Avqust 2018 18_08_21_1534852651.jpg


Artıq ali təhsil müəssisələrinə qəbul imtahanları və ixtisas seçimləri tam olaraq başa çatdı. Tələbə adını qazanan abituriyentlər müxtəlif dövlət və özəl universitetlərinə ödənişli və ya dövlət hesabına təhsil alacaqlar. O cümlədən ödənişli ixtisaslara qəbul olan bəzi abituriyentlər təhsil haqqından azad olunacaqlar.

Femida.az mövcud qanunvericilik aktlarına əsasən, ödənişli ixtisaslara qəbul olan və təhsil haqqından azad edilən tələbələrin kateqoriyasını təqdim edir:

- Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər dövlət, bələdiyyə və özəl ali və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

- Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarının təhsil xərclərinin ödənilməsi haqqında” 18 mart 2014-cü il tarixli Sərəncamına əsasən həmin şəxslərin təhsil alan övladları təhsil müddəti ərzində təhsil haqqından azad edilirlər.

- Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi haqqında” 14 sentyabr 2011-ci il tarixli Sərəncamına əsasən məcburi köçkün statusu olan Azərbaycan Respublikası vətəndaşları təhsil müddəti ərzində təhsil haqqından azad edilirlər.

- 2014/2015-ci tədris ilindən başlayaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların ali təhsil müəssisələrində təhsil alan övladları.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #tələbə   #universitet   #qəbul   #qaçqın   #köçün   #femida   #qanun   #təhsil  

Oxunub: 228