Bayram yarmarkaları fəaliyyətə başlayıb
20:35 21 Avqust 2018
Bu gündən etibarən Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə paytaxt və bölgələrdə Qurban bayramı ilə əlaqədar diri heyvanların satış yarmarkaları fəaliyyətə başlayıb.
Kənd Təsərrüfatı Nazirliyindən (KTN) Femida.az-a verilən məlumata görə, yarmarkalar Bakı şəhərinin 32 məntəqəsində, həmçinin Gəncə, Neftçala, Lənkəran, Şəki, Şirvan, Quba, Ağdaş, Şamaxı, Göyçay, İsmayıllıda keçirilir. Kənd Təsərrüfatı Nazirliyinin müraciəti əsasında fermerlərin yarmarkalara 13 min baş heyvan çıxaracağı gözlənilir. Bundan başqa nazirliyin və Dövlət Gömrük Komitəsinin tövsiyəsi əsasında sahibkarlar qonşu ölkələrdən, o cümlədən Gürcüstan Respublikasından satış məqsədilə 20 min baş heyvan gətirməyi nəzərdə tuturlar. Bazarda bolluğu təmin etmək və qiymətləri sabitləşdirmək məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan təsərrüfatlardan satış yarmarkalarına 1000-1500 baş heyvanın çıxarılması planlaşdırılır.
Dövlət Baytarlıq Xidməti artıq yarmarkaların keçiriləcəyi ərazilərin dezinfeksiyasını başa çatdırıb. Yarmarkalar avqustun 23-də axşam saatlarına kimi davam edəcək.
Oxunub: 207
Oxşar xəbərlər
- Bayram günlərində yol qəzalarında 6 nəfər ölüb
- Bayram günlərində 142 nəfər zəhərlənib, onlardan biri ölüb
- Bayram günlərində yol qəzalarında 4 nəfər ölüb, 9 nəfər xəsarət alıb
- Bayramda restoranlara nəzarət gücləndiriləcək
- Bayramda rayona getmək istəyənlərin diqqətinə - VİDEO
- Bayramda qaz problemi olmayacaq
- Bayram günlərində ictimai nəqliyyat işləməyəcək
- Bayram namazının vaxtı açıqlanıb
- Bayramov və Çavuşoğlu Qarabağdakı son prosesləri müzakirə ediblər
- Bayram günlərində yol qəzalarında 15 nəfər ölüb