Məcburi köçkünlərə bayram sovqatı verilib


01:29     22 Avqust 2018 18_08_21_1534872648.jpg

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin nümayəndələri Qurban bayramı ərəfəsində Gəmiçiliyin himayəsində olan qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdığı qəsəbələrə baş çəkiblər.
Dənizçilər həmişə olduğu kimi, bu dəfə də əslən Xocalı, Kəlbəcər, Laçın, Ağdam, Şuşadan olan və Goranboy rayonunda müvəqqəti məskunlaşan 779 qaçqın və məcburi köçkün ailəsinə, ümumilikdə 3350 nəfərə zəruri ərzaq məhsullarından ibarət bayram sovqatı paylayıblar. Bayram sovqatı düyü, şəkər tozu, çay, un, yağ və digər ərzaq məhsullarından ibarət olub.

Bayram sovqatı ünvanlara “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Sosial inkişaf və nəqliyyat şöbəsinin əməkdaşları tərəfindən çatdırılıb.

Qaçqın və məcburi köçkünlər adından çıxış edənlər onlara göstərilən daimi diqqət və qayğıya görə ölkə başçısına və “AXDG” QSC-nin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər, bayram arzularını dilə gətiriblər.

Qeyd edək ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti yaradıldığı dövrdən şəhid ailələrinə, ölkənin ərazi bütövlüyü və müstəqilliyi uğrunda döyüşlərdə sağlamlığını itirənlərə, eləcə də ailəsində şəhid olan işçilərə maddi yardım göstərilməsini, onların sosial təminatının yaxşılaşdırılmasını daim diqqətdə saxlayır.

Açar sözlər:

Oxunub: 208