Satıcını bıçaqladı, tutuldu - Mingəçevirdə


16:52     23 Avqust 2018 bicaq_787.jpg

Mingəçevir şəhərində bazarda satıcını bıçaqlayan şəxs tutulub.

Femida.az report-a istinadən xəbər verir ki, 1986-cı il təvəllüdlü Samir Vaqif oğlu Musayevi bıçaqlayan Yevlax rayonunun Bəydilli kənd sakini Nemət Kərimov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb olunub.

Qeyd edək ki, hadisə avqustun 23-də baş verib. N.Kərimov bazarda xiyarın topdansatışı ilə məşğul olur və mütəmadi olaraq Mingəçevirdə müştəriləri bu məhsulla təmin edir. Hadisə də alqı-satqı məsələləri, məhsulun pulunun toplanılmasında yaranan anlaşılmazlıq və məhsulun keyfiyyəti ilə qiyməti arasında yaranan mübahisə olub.

Femida.az

Açar sözlər:

Oxunub: 292