ABŞ-dan Rusiyaya xəbərdarlıq - Əgər bu baş verərsə...


13:06     25 Avqust 2018 abs_rus.jpg

Ağ ev Dəməşqin terrorçuların nəzarəti altında olan ərazilərin azad edilməsi üçün kimyəvi silahdan istifadə edə biləcəyinə dair məlumata malik olduğunu bəyan edib.

Femida.az "Report"a istinadən bildirir ki, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Con Bolton Cenevrədə Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə keçirilən görüşündə Bəşər Əsəd hökumətinin ölkədə kimyəvi silah tətbiq edəcəyi təqdirdə Vaşinqtonun növbəti dəfə Suriyaya zərbə endirməyə hazırlaşdığını bildirib.

Bildirilir ki, əgər bu baş verərsə, ABŞ Əsəd hökumətinə "daha güclü hərbi hərəkətlərlə" cavab verəcək. Burada söhbət Birləşmiş Ştatların 2017 və 2018-ci illərdə Suriya obyektlərinə endirdiyi aviazərbələrdən gedir.

Femida.az

Açar sözlər:

Oxunub: 264