Ermənistan sərhədində Pakistan vətəndaşları tutuldu


17:50     27 Avqust 2018 18_08_27_1535363467.jpg


Rusiya Federal Təhlükəsizlik Xidmətinin Ermənistandakı Sərhəd İdarəsinin əməkdaşları Türkiyə-Ermənistan sərhədini pozan şəxsləri saxlayıb.

Femida.az erməni mətbuatına istinadən xəbər verir ki, Rusiya sərhədçiləri Araz çayını üzərək Ermənistan ərazisinə qanunsuz keçən iki Pakistan vətəndaşını ələ keçirib.

Adı açıqlanmayan şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydaya uyğun olaraq Ermənistanın hüquq-mühafizə orqanlarına təhvil verilib.

Femida.az

Açar sözlər:

Oxunub: 239