“Heç bir şahmatçı yarışlara öz hesabına qatılmır” - Nazirlikdən Məmmədyarova cavab
19:54 27 Avqust 2018
“2017 ci ildə təqdim olunan tədbirlər planına əsasən 250 min manat, 2018 ci ildə isə 200 min manat vəsait ayrılıb ki, bu da şahmatçıların yarışa getməsinə, yol pulu və qidalanma, səfərləri nəzərdə tutulur. Heç bir şahmatçı qatıldığı beynəlxalq yarışlara (Dünya və Avropa çempionatlarına) və yerli turnirlərə öz hesabına qatılmır. Hamısı nazirlik tərəfindən hərtərəfli təmin edilir və ediləcək də".
Femida.az xəbər verir ki, bunu azvision.az-a açıqlamasında Gənclər və İdman Nazirliyinin mətbuat katibi Samayə Məmmədova dünya şöhrətli şahmatçı Şəhriyar Məmmədyarovun "Facebook" səhifəsində yazdığı fikirlərə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, həyəcan və narahatlıq şahmatçıda müəyyən hisslər oyadıb və bu hisslər ona həmin fikirləri yazmağa vadar edə bilər.
“Şəhriyar Məmmədyarov adını şahmat tarixinə iri hərflərlə yazmış şahmatçımızdır. Çox qürur hissi duyuruq ki, dünyanın 3 ən yaxşı şahmatçısı arasında Şəhriyarın adı yer alır. Şəhriyar yarışdadır. Onları da anlayırıq. Nə yazmasından asılı olmayaraq Şəhriyar bizim üçün önəmli şahmatçılardan biridir. Qarşıda bizi Batumidə keçiriləcək şahmat üzrə olimpiada gözləyir.
"Əminik ki, Şəhriyar orada da Azərbaycanı layiqincə təmsil edəcək. Unutmaq lazım deyil ki, cənab prezident İlham Əliyevin ən çox diqqət ayırdığı idman növlərindən biri də şahmatdır. Şahmatçıların qarşılanması, onların həyat şəraitinin günbəgün yaxşılaşması üçün prezident tərəfindən hər zaman diqqət ayrılır. Şəhriyara uğurlar arzulayır və onunla qürur hissi duyuruq”
Qeyd edək ki, Azərbaycanın məşhur şahmat qrossmeysteri Şəhriyar Məmmədyarov ABŞ-ın Sent-Luis şəhərində keçirilən "Sinquefield Cup" turnirinin VIII turunda hazırkı dünya çempionu, norveçli Maqnus Karlsenlə heç-heçə etdiyi görüşdən sonra şəxsi “Facebook” səhifəsində sponsor tapmaması və öz hesabına yarışlara qatılması barədə yazıb.
Femida.az
Oxunub: 341
Oxşar xəbərlər
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Nazirlik ölkədən çıxışına qadağa qoyulan teatr direktoru ilə bağlı araşdırma aparır
- Nazirlik “Buta” klinikasının fəaliyyətini dayandırıb
- Nazirlik: "Azərbaycanda meymunçiçəyi virusuna yoluxma halı qeydə alınmayıb"
- Nazirlik bəstəkar-müğənninin bağ evində aşkarlanan ayı balası ilə bağlı məlumat yayıb
- Nazirlik: "Vətən müharibəsində yaralanan 3 minədək hərbçiyə əlillik təyin edilib"
- Nazirlik rayon təhsil şöbələrinin gələcək fəaliyyətinə aydınlıq gətirib
- Nazirlik xaricdə təhsil alan həkimlərin aksiyasına münasibət bildirib
- Nazirlik: "Rusiya XİN Türkmənçay müqaviləsi ilə bağlı məlumatı təhrif edib"
- Nazirlik “Omikron”dan qorunmaq üçün əhaliyə tövsiyə verib