Gürcüstanın Azərbaycana yeni səfiri təyin edildi


01:20     28 Avqust 2018 18_08_27_1535390433.jpg

Zurab Pataradze Gürcüstanın Azərbaycana fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olunub.
Bu barədə fərmanı Gürcüstan prezidenti Giorgi Marqvelaşvili imzalayıb.

Z.Pataradze 2016-cı ilin iyulundan 2018-ci ilin iyuluna qədər Gürcüstanın Acarıstan Muxtar Respublikasının hökumət başçısı olub.

Bundan öncə o, Gürcüstanın Yunanıstanın Saloniki şəhərində baş konsulu (2009-2010), Türkiyənin İstanbul şəhərində baş konsulu (2011-2012), Türkiyə (2012-2013) və Qazaxıstandakı səfiri vəzifələrini tutub (2013-2016). (Report)

Açar sözlər:

Oxunub: 237