“Baku Bus”un avtobusu qəza törətdi: Yaralılar var


17:36     04 Sentyabr 2018 18_09_04_1536053816.jpg

Bakıda marşrut avtobusunda sürücünün ehtiyatsızlığı qəza ilə nəticələnib.

Femida.az yenicag.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu ərazisində baş verib.

3 saylı müntəzəm xətt marşrutu ilə hərəkət edən 99 JH 107 dövlət nömrə nişanlı avtobus hərəkətdə olarkən qəfil əyləcdən istifadə edib. Nəticədə avrobusda olan sərnişinlər avtobusun salonuna yıxılıb.

Hadisə nəticəsində avtobusda olan orta yaşlı bir qadın yaralanıb. Qadın sərnişinlərin köməyi ilə xəstəxanaya aparılıb.

Femida.az

Açar sözlər: #bakubus   #avtobus   #qəza  

Oxunub: 683