Bakı meriyasının maşını 600 manata satılır


18:17     05 Sentyabr 2018 masinetibarnema.jpg

Bir sıra dövlət qurumlarının balanslarındakı nəqliyyat vasitələri satışa çıxarılıb.


Əmlak Məsələləri Dövlət Komitəsindən Femida.az-a verilən xəbərə görə, Bakı Şəhər İcra Hakimiyyəti İqtisadiyyat Komitəsinin, Azərbaycan Respublikasnın Mərkəzi Bankının, eləcə də, Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının İşlər İdarəsinin balansındakı avtomobillər hərrac yolu ilə satışa çıxarılıb.

Hərracda ən ucuz avtomobil Bakı Şəhər İcra Hakimiyyəti İqtisadiyyat Komitəsinə məxsusdur. Buraxılış ili 1994-cü ilə aid QAZ-31029 markalı avronəqliyyat vasitəsidir. Avtomobilin dəyəri 600 manat təşkil edir.

Mərkəzi Bankın balansındakı “Hyundai Sonata” avtomobilinin hərracdakı satış qiyməti 2350 manat, “Mercedes Benz Sprinter 314” markalı avtomobil 7500 manatdır.

Nazirlər Kabineti Aparatının da iki avtomobili hərracda satılacaq. “BMW 730” markalı avtomobillərin qiyməti 11250 – 10500 manat təşkil edir.

Qeyd edək ki, hərrac oktyabrın 2-də baş tutacaq.

Bu arada Bakı Şəhər İcra Hakimiyyəti İqtisadiyyat Komitəsinin balansındakı nəqliyyat vasitəsi 4-cü dəfə 25% endirimlə, Mərkəzi Bankın, eləcə də Nazirlər Kabineti Aparatının balansında olan nəqliyyat vasitələri isə 5-ci dəfə 50% endirimlə təkrar hərraca çıxarılır.

Açar sözlər:

Oxunub: 337