Stoltenberq ABŞ-a səfər edəcək


03:16     11 Sentyabr 2018 jens-stoltenberg-nato-670.jpg

NATO-nun baş katibi Yens Stoltenberq ABŞ-a səfər edəcək.

Bu barədə Şimali Atlantika Alyansının mətbuat xidmətinin saytında xəbər verilib.

Bildirilir ki, NATO-nun baş katibi çərşənbə günü - sentyabrın 12-dən cümə günü - sentyabrın 14-dək Vaşinqtonda, Kolumbiya dairəsində səfərdə olacaq. Yens Stoltenberq Konqres üzvləri və ABŞ administrasiyasının yüksək vəzifəli şəxsləri ilə görüşəcək.

Bundan əlavə, Stoltenberq "İrs" fondunda da məruzə ilə çıxış edəcək.

Femida.az

Açar sözlər:

Oxunub: 170