Qaçqınlar arasında kütləvi dava: yaralılar var


21:22     07 Oktyabr 2015 5b6995ea81be3c143e42e84f05acb475.jpg

Almaniyanın Hamburq və Braunşveyq şəhərlərində miqrantlar arasında kütləvi dava baş verib.


Femida.az-ın məlumatına görə, yerli polisdən bildiriblər ki, Hamburqdakı düşərgədə baş verən davada 30 alban və əfqan iştirak edib.

Dava zamanı metal dəyənəklərdən istifadə edilib. Nəticədə 5 nəfər yaralanıb, 3 nəfər saxlanılıb.

Toqquşmaya Albaniya və Əfqanıstandan olan iki miqrant arasında tibb məntəqəsində baş verən mübahisənin səbəb olduğu deyilir.

Braunşveyqdə olan davada isə Suriya və Əlcəzairdən olan 400 qaçqın iştirak etsə də, xəsarət alan olmayıb.

Açar sözlər:

Oxunub: 860