Gürcüstan marixuana ixracına hazırlaşır


20:04     11 Sentyabr 2018 18_09_11_1536667874.jpg

Gürcüstanda marixuananın tibbi və kosmetik təyinatlı ixracı məqsədilə istehsalına icazə verilməsi məsələsi nəzərdən keçirilir.


Femida.az-ın Report-a istinadən xəbərinə görə, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Məlumata əsasən, bununla bağlı qanunvericiliyə düzəlişlər layihəsi hazırlanıb.

DİN qeyd edib ki, istənilən halda ölkə daxilində marixuananın satışı cinayət məsuliyyəti yaradır.

Yerli mətbuatın məlumatına görə, ölkədə marixuananın istehsalı lisenziyalaşdırılmış fəaliyyət növü elan olunacaq və lisenziya müsabiqə yolu ilə veriləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 283