Kaspşik Qarabağ separatçılarının lideri ilə görüşüb


15:58     12 Sentyabr 2018 2018/09/kaspskik_1536739151.jpg

Ötən axşam ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfər edərək, separatçıların lideri Bako Saakyanla görüş keçirib.

Femida.az erməni KİV-nə istinadən xəbər verir ki, görüşdə Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttindəki vəziyyət müzakirə olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 274