Ermənistan Rusiyadan 100 milyon dollarlıq yeni silah alacaq


18:42     12 Sentyabr 2018 18_09_12_1536749075.jpg


Ermənistan Rusiyadan 100 milyon dollar məbləğində hərbi kredit almağın mümkünlüyünü müzakirə edir.

“RİA Novosti” bildirir ki, bunu Ermənistanın müdafiə naziri David Tonoyan sentyabrın 12-də jurnalislərə bildirib.

“Reallaşacaq yeni hərbi kreditlə bağlı müzakirələr aparılır. Hazırda söhbət 100 milyon dollar məbləğindən gedir. Alınacaq silahlar barədə danışmağa ixtiyarım yoxdur. Rusiya ilə əməkdaşlıq yetərincə uğurla inkişaf edir”, - deyə o, vurğulayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 239