48 yaşlı kişini iş yoldaşı döydü


23:21     12 Sentyabr 2018 dava.jpg

Göygöl rayonunda 48 yaşlı kişi iş yoldaşı tərəfindən döyülüb.

Femida.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Gəncə qəsəbəsində qeydə alınıb.

Belə ki, rayon sakini, 1970-ci il təvəllüdlü Akif Abbasov müxtəlif dərəcəli bədən xəsarətləri ilə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Yaralıya ilkin tibbi yardım göstərilib və vəziyyətinin orta-ağır olduğu bildirilir. A.Abbasovun hələlik adı məlum olmayan iş yoldaşı tərəfindən döyüldüyü bildirlir.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 287