Özünü 5-ci mərtəbədən atan qadın öldü - YENİLƏNİB


15:16     13 Sentyabr 2018 binadan%20yixilib.jpg

Gəncə şəhərində beşinci mərtəbədən özünü atan qadın - 35 yaşlı Turan Əliyeva xəstəxanada ölüb. İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125.1-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

***

Gəncə şəhərində qadın bədbəxt hadisə nəticəsində xəsarət alıb.

Femida.az bildirir ki, 1983-cü il təvəllüdlü yerli sakin Əliyeva Turan Yadigar qızı yaşadığı 4-cü mikrorayon ərazisindəki binanın 5-ci mərtəbəsindəki mənzilin eyvanından yıxılıb.

Nəticədə ağır xəsarət alan qadın Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Yaxınları hadisənin ehtiyatsızlıqdan baş verdiyini bildirsələr də, dəqiq səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 338