Yeni tədris mərkəzi yaradılır - Prezidentdən SƏRƏNCAM
23:26 13 Sentyabr 2018
Azərbaycan Prezidenti İlham Əliyev tədris mərkəzinin yaradılması və kadr hazırlığı layihəsinin icrası ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Ölkəmizdə içməli su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması ilə bağlı genişmiqyaslı tədbirlərin icrası kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə səbəb olub. Bu sahədə mütəxəssislərin peşəkarlığının və praktiki təlim vərdişlərinin artırılması qarşıya qoyulan ən mühüm vəzifələrdəndir. Hazırda təlim-tədris işinin müasir səviyyədə qurulması, beynəlxalq standartlara keçidin sürətləndirilməsi, idarəetmə sisteminin təkmilləşdirilməsi, habelə texniki-mühəndislik xidmətlərinin innovativ metod və təcrübə əsasında inkişaf etdirilməsi istiqamətində mühüm işlər həyata keçirilir.
Sərəncamda qeyd olunur ki, tədris mərkəzinin yaradılması və kadr hazırlığı layihəsinin icrası məqsədi ilə Azərbaycan Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.84-cü bəndində göstərilmiş məbləğin 5 milyon manatı “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək, Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
Femida.az
Oxunub: 250
Oxşar xəbərlər
- Yeni səhiyyə naziri Teymur Musayev kimdir? - Dosye
- Yeni ildən 2 milyondan çox insanın sosial ödənişlərı artacaq
- Yeni ştamm “narahatlıq doğuran variant” kateqoriyasına aid edilib
- Yeni ildə neçə gün tətil olacaq?
- Yeni Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda tunellərin inşası başlayıb
- Yeniyetmə kanalda boğuldu
- Yeni sayğaclarda balansı internet üzərindən artırmaq mümkün olacaq
- Yeni Vergi Məcəlləsinin qəbulu təklif olunur
- Yeni Türkiyə səfirindən ilk açıqlama
- Yenidən qurulan "Şərq bazarı"nda işlər hansı mərhələdədir? - FOTO