Bakı metrosunda qatar tuneldə qaldı


15:57     14 Sentyabr 2018 metro7.jpg

Bir qədər əvvəl Bakı Metropoliteni QSC-nin “Xətai” və “Cəfər Cabbarlı” stansiyaları arasında hərəkət edən qatar tuneldə qalıb.



Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Femida.az-a faktı təsdiqləyib.

Onun sözlərinə görə, ləngmə təxminən 20 dəqiqə davam edib:

"Ayda 2 dəfə metronun diaqnostika kompleksi dəmir yolu xətlərini yoxlayır. Bu dəfə kompleksi saat 10:53-də xəttə buraxılıb. Yoxlama zamanı həmin xətt üzrə hərəkət edən qatar dalana verilib. Bu proses təxminən 10-12 dəqiqə çəkir. Amma dalana verilən qatarda nasazlıq aşkar edildiyindən xəttə ehtiyat qatar buraxılıb. Bu stansiyalar arasındakı interval 8 dəqiqədir. Hadisə nəticəsində intervalla birgə fasilə 20 dəqiqəyə çatıb”.

Femida.az

Açar sözlər:

Oxunub: 176