Trampın oğlu Obamanı təhqir etdi

Trampın oğlu Obamanı təhqir etdi


12:44     16 Sentyabr 2018 18_09_16_1537086799.jpg

ABŞ prezidentinin oğlu kiçik Donald Tramp ölkənin sabiq prezidenti Barak Obamanı sərt tənqid edib.


Femida.az xəbər verir ki, kiçik Tramp Obamanı təhqir edərək, ABŞ-ın ən yaxşı “satıcısı” adlandırıb.

O qeyd edib ki, sabiq dövlət başçısı bütün uğursuzluqlarına tərif verərək onları öz qələbələri kimi təqdim edib.

Onun sözlərinə görə, ABŞ-da heç bir “düşünən insan” Obamanın həqiqətən də Birləşmiş Ştatların iqtisadiyyatı və xarici siyasəti üçün hansısa müsbət addım atdığına inanmır.

Prezidentin oğlu hesab edir ki, atasının seçilməsi ilə ölkədəki vəziyyət köklü surətdə yaxşılığa doğru dəyişib.

Açar sözlər:

Oxunub: 1779