Azərbaycandan qaçan bank rəhbəri Rusiyada saxlanıldı


13:46     18 Sentyabr 2018 18_09_18_1537264010.jpg


Moskvada Azərbaycanın “NIKOIL Bank” bankının İdarə heyətinin keçmiş sədri Vasili Xamaza saxlanılıb.

Femida.az-ın oxu.az-a istinadən xəbərinə görə, bu barədə “Moskva“ şəhər xəbərləri agentliyinə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

Mənbənin sözlərinə əsasən, 60 yaşlı V.Xamaza sentyabrın 17-də Qaribaldi küçəsində tutulub.

V.Xamaza Azərbaycanda vəzifə səlahiyyətlərindən sui-istifadə etmək və vəsaitlərin mənimsənilməsi ittiham olunur.

Sabiq bank rəhbəri 2005-ci ildən 2017-ci ilin iyulunadək İdarə heyətinin sədri olduğu “NIKOIL Bank”dan onlarla milyon manat vəsaitin mənimsənilməsində günahlandırılır. O, beynəlxalq axtarışa verilib.

Femida.az

Açar sözlər:

Oxunub: 814