“Buta Airways”in donanmasına “Embraer E-190” əlavə olundu
16:59 18 Sentyabr 2018
Azərbaycanın aşağı büdcəli aviadaşıyıcısı “Buta Airways”ə məxsus yeni “Embraer E-190” təyyarəsinin qarşılanma mərasimi olub.
Şirkətdən Femida.az-a verilən məlumata görə, sözügedən təyyarə birbaşa olaraq Braziliyadakı istehsalçı zavoddan gətirilib.
Yeni təyyarə loukosterin donanmasında sayca yeddincidir və aviaşirkətin uçuş cədvəlində daha çox tələbat olan istiqamətlərə əlavə reyslər yerinə yetirməyə imkan verəcək.
“Buta Airways”in yeni təyyarəsi Naxçıvan Muxtar Respublikasının bu yaxınlarda erməni işğalından azad olunan Günnüt kəndinin şərəfinə adlandırılıb.
Ənənəyə uyğun olaraq, Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni təyyarə “su arkası” ilə qarşılanıb. Qarşılama mərasiminin xüsusi qonağı işğaldan azad olunan Günnüt kəndinin sakini oldu.
Günnüt təyyarəsinin qarşılanması haqqında videoçarxı ilə aşağıdakı linkdə tanış olmaq olar:
Qeyd edək ki, yaxın zamanda “Buta Airways”in donanmasına bu tip daha bir yeni təyyarənin əlavə olunması gözlənilir. Hava gəmisi parkına yeni təyyarələrin əlavə olunması aviaşirkətin marşrut şəbəkəsini genişləndirməyə imkan verəcək.
“Buta Airways” Azərbaycanın ilk aşağı büdcəli aviaşirkətidir və "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) struktur bölməsidir. 2016-ci ilin dekabrında əsası qoyulmuşdur. İlk reys 2017-ci il sentyabrın 1-də yerinə yetirilmişdir. Aviaşirkətinin donanması müasir “Embraer E-190” təyyarələrindən ibarətdir.
Aviaşirkət Bakıda, Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir və ən çox tələb olunan istiqamətlər üzrə uçuşlar yerinə yetirir.
Femida.az
Oxunub: 633
Oxşar xəbərlər
- Nazirlik “Buta” klinikasının fəaliyyətini dayandırıb
- Sabahdan AZAL və “Buta Airways” Rusiyaya bütün reysləri dayandırır
- “Buta Airways” Kiyevə uçuşları ləğv edib
- Ramiz Mehdiyev və Hacıbala Abutalıbovun məhkəmədə dindirilməsi istənilib
- "Buta Airways" Alanya istiqamətində uçuşların sayını artırır
- "Buta Airways" Kiyevə uçuşları bərpa edir
- "Buta Airways" İstanbula uçuşlara başlayır
- "Buta Airways" İzmirə uçuşlara başlayır
- AZAL və “Buta Airways” ilə Ukraynaya bilet alanlar DİQQƏT!
- “Buta Airways” əl yükünün daşınması qaydalarını dəyişdi