Yevlaxda dezinfeksiya tədbirləri aparılır
21:24 18 Sentyabr 2018
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin (DBX) Yevlax rayon Baytarlıq idarəsi rayonun ayrı-ayrı heyvandarlıq təsərrüfatlarında dezinfeksiya tədbirlərini davam etdirir.
DBX-dən Femida.az-a verilən məlumata görə, dezinfeksiya aparılan zaman xüsusilə yem və su qablarının, divarların aşağı hissələrinin, arakəsmələrin, kanalizasiya xətlərinin mexaniki təmizliyinə fikir verilir. Təsərrüfatlarda obyekt sahibləri tərəfindən mexaniki təmizlik aparıldıqdan sonra profilaktik dezinfeksiya işləri aparılır. Kənd təsərrüfatı heyvanları saxlanılan, bəslənilən və satışı aparılan obyektlərdə dezinfeksiya tədbirləri Tarif (qiymət) Şurasının 2007-ci il 26 iyul tarixli 17 saylı qərarı ilə müəyyən edilmiş tariflərə uyğun icra edilir.
Obyektlərdə aparılan profilaktik dezinfeksiya "almerdehyde", "ektosan" və 5 %-li "kaustik soda" məhlulları ilə aparılıb. Dezinfeksiya məhlulları əraziyə DUK maşınlar ilə güclü axın halında və ya avtomatik səyyar çiləyiçilərlə səpilib. Obyektlər dezinfeksiyadan sonra təsərrüfat sahiblərinin istifadəsinə verilib. Dezinfeksiya işlərinin bundan sonra da davam etdirilməsi nəzərdə tutulur. Həmçinin cari ilin ötən 8 ay ərzində Yevlax rayonda 1692 obyektə məxsus 82700 kvadratmetr ərazidə dezinfeksiya tədbirləri aparılaraq rayonda epizootik sabitlik qorunub.
Dövlət Baytarlıq Xidməti bildirir ki, cari ilin ötən 8 ayı ərzində respublikada 2883737,13 kvadratmetr sahə profilaktik, 397978 kvadratmetr sahə məcburi dezinfeksiya, 147510 kvadratmetr sahə dezinseksiya və 1934 kvadratmetr sahə deratizasiya tədbirlərinə cəlb edilmişdir. Hazırda ölkə ərazisində epizootik durum sabitdir və təşkilati-təsərrüfat tədbirləri davam etdirilir.
Femida.az
Oxunub: 858
Oxşar xəbərlər
- Yevlaxda velosipedçini avtomobil vuraraq öldürüb
- Yevlaxda piyadanı avtomobil vuraraq öldürüb
- Yevlaxda narkotacirlər saxlanılıb
- Yevlaxda motosikletlə yük maşını toqquşub, ölən var
- Yevlaxda gənc qadın dəm qazından boğularaq ölüb
- Yevlaxda ard-arda iki yol qəzası olub, xəsarət alanlar var
- Yevlaxda 41 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb
- Yevlaxda qəsdən yanğın törədən şəxs saxlanılıb
- Yevlaxda kişi arvadını və qohumunu güllələyib, ölən var
- Yevlaxda partlayışın baş verdiyi ərazidə 17 ədəd kasetli bomba aşkarlanıb