İranda terror: Ölü sayı 8-ə yüksəldi (YENİLƏNİB)

İranda terror: Ölü sayı 8-ə yüksəldi (YENİLƏNİB)


10:48     22 Sentyabr 2018 2018/09/iran-terakt_1537599144.jpg

Terrorçular hərbi parad zamanı atəş açıblar


İranın cənubundakı Əhvaz şəhərinə hərbi parad zamanı terror aktı baş verib.

Press TV-nin məlumatına görə, naməlum şəxslər parad vaxtı atəş açıblar.
Hazırda ölkə paytaxtında hərbi paradda iştirak edən prezidenti Həsən Ruhani teraktdan sonra ərazidən uzaqlaşdırılıb.

İnsident nəticəsində 5 nəfər ölüb, 20 nəfər yaralanıb. Yaralılardan birinin Xuzestan əyalətinin SEPAH komandiri olduğu bildirilib.

Həmçinin yaralılar arasında uşaq və qadının olduğu da qeyd olunub.

Yenilənib***

Terror aktı İranda fəaliyyət göstərən "Təkfiri" qruplaşmasının üzvləri tərəfindən törədilib. Terrorçulardan ikisi hadisə yerində zərərsizləşdirilib, digər iki nəfər isə qaça bilib.İlkin məlumata görə,ölənlərin sayı 8 nəfərə yüksəlib, 20-si yaralanıb.

Açar sözlər: #İran   #terror   #Video  

Oxunub: 4532