DƏQİQLƏŞDİ: Azərbaycan və Ermənistanın XİN başçıları 26 sentyabrda görüşəcək

DƏQİQLƏŞDİ: Azərbaycan və Ermənistanın XİN başçıları 26 sentyabrda görüşəcək


10:05     24 Sentyabr 2018 18_09_24_1537769221.jpg


BMT Baş Assambleyasının 73-cü sessiyasında iştirak edən Azərbaycan Respublikası xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan Respublikası xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk qrupunun həmsədrlərinin (İqor Popov – Rusiya Federasiyası, Stefan Viskonti – Fransa və Əndrü Sxofer – ABŞ) vasitəçiliyi ilə bu il sentyabrın 26-da Nyu-Yorkda görüş keçiriləcək.


Bu barədə Femida.az-a XİN-in mətbuat xidmətindən məlumat verilib.

Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edəcək.

Görüş zamanı Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq.

Femida.az

Açar sözlər: #XİN   #Ermənistan   #Qarabağ   #nazir   #siyasət  

Oxunub: 670