Əziz Əliyevin xatirəsinə həsr edilən konfrans keçiriləcək


14:55     24 Sentyabr 2018 eziz%20aliyev%20guney%20azerbaycan%20(1)05.jpg

Gələn ilin yanvarında Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda görkəmli dövlət və elm xadimi Əziz Əliyevin doğum gününə həsr olunmuş elmi-praktiki konfrans keçiriləcək. Bu münasibətlə institutda hazırıq işlərinə başlanılıb.


İnstitutdan Femida.az-a verilən məlumata görə, konfrans materiallarının məcmuəsi dərc olunacaq. Məcmuədə nəşr olunması üçün Azərbaycan, rus və ya ingilis dillərində məqalə və tezislər dekabrın 1-dək qəbul edilir. Məqalələrin həcmi üç, tezislərin həcmi isə bir səhifədən çox olmamalıdır: Məqalə və tezislər çap şəklində (bir nüsxə) və elektron (CD) variantında və məqalələrin xülasəsi ilə birgə təqdim edilməlidir.

Əlaqə nömrəsi (+99412) 4310182

Femida.az

Açar sözlər:

Oxunub: 795