Bu həkimlərin Qarabağa səfəri ilə bağlı XİN-dən - Açıqlama


21:26     24 Sentyabr 2018 XIN.jpg

Bir qrup həkimin Azərbaycanın işğalı altındakı Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfəri ilə bağlı araşdırmalara başlanılıb.

Bu barədə Femida.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

"Kütləvi informasiya vasitələrində Cənubi Kaliforniyanın Adventist Sağlamlıq Təşkilatından olan bir qrup həkimin cari il sentyabrın 22-26-da ölkəmizin işğal olunmuş ərazilərinə səfəri ilə bağlı yayılan məlumat tərəfimizdən araşdırılmaqdadır və bununla əlaqədar aidiyyəti diplomatik nümayəndəliklərimizə müvafiq tapşırıqlar verilib", - nazirlikdən vurğulanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 809