SOCAR-ın ödənişləri artıb


23:23     08 Oktyabr 2015 1433495737_1427445395_socar.jpg

SOCAR 2015-ci ilin sentyabr ayında dövlət büdcəsinə 136 milyon 487 min manat vəsait ödəyib.


Femida.az-ın Dövlət Neft Şirkətinə (SOCAR) istinadən verdiyi xəbərə görə, ümumiyyətlə, 2015-ci ilin yanvar-sentyabr aylarında büdcəyə 1 milyard 135 milyon 245 min manat vəsait ödənilib. Bundan əlavə, cari ilin sentyabr ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 11 milyon 788 min manat vəsait köçürüb.

Bu göstərici 2014-cü ilin sentyabr ayı ilə müqayisədə 144 min manat və ya 101,2 faiz çox olub. Ümumiyyətlə, 2015-ci ilin yanvar-sentyabr aylarında Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 104 milyon 223 min manat təşkil edib.

Açar sözlər:

Oxunub: 1026