Tramp Rusiya, İran və Suriyaya təşəkkür etdi


18:43     27 Sentyabr 2018 tramp%20(1).jpg

ABŞ prezidetni Donald Tramp Rusiya, İran və Suriya hökumətlərinə İdlib vilayətinə hücumu dayandırdıqları üçün təşəkkürünü bildirib:



“Mən İran, Rusiya və Suriyaya öz təşəkkürümü bildirmək istəyirəm, ona görə ki, onlar mənim təkidli istəyimlə İdlib vilayətinə hücumu dayadırıblar".

Bununla yanaşı, Tramp Suriyada qətliamın Rusiya və İran ucbatından baş verdiyini bəyan edib Xatırladaq ki, sentyabrın əvvələrində İran paytaxtı Tehranda Suriya məsələsinin müzakirəsi üçün İran, Türkiyə və Rusiya prezidentlərinin iştirakı ilə sammit keçirilib. Tərəflər sammitin yekununda Suriyanın İdlib vilayətinə dair qərar qəbul edib.

Bundan sonra Soçi şəhərində Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan arasında Suriyanın İdlib vilayətində hərbsizləşdirilmiş zonanın yaradılması barədə razılıq əldə edilib.


Femida.az

Açar sözlər:

Oxunub: 1778