Zakir Qaralov cəzalandırılan prokurorlardan danışdı
10:31 28 Sentyabr 2018
2002-ci ildən başlayaraq prokurorluğa işə qəbul Dövlət İmtahan Mərkəzi ilə əlaqəli şəkildə tam aşkarlıq şəraitində və şəffaf prosedurlar əsasında, dövlət qurumları, vətəndaş cəmiyyəti təsisatları və beynəlxalq təşkilatlar, eləcə də kütləvi informasiya vasitələri nümayəndələrinin işitirakı ilə aparılmaqla, mütəmadi olaraq keçirilib 19 müsabiqə nəticəsində uğur qazanan 873 gənc hüquqşünas prokurorluq orqanlarına qulluğa qəbul edilib ki, bu da hazırda prokurorluq işçilərinin ümumi sayının 67 faizini təşkil edir.
Femida.az xəbər verir ki, bunu Baş prokuror, I dərəcəli dövlət ədliyyə müşaviri Zakir Qaralov "Azərbaycan" qəzetində dərc olunan məqaləsində yazıb.
Baş prokuror qeyd edib ki, müsabiqə yolu ilə qulluğa qəbul olunan gənclərin böyük əksəriyyəti yuxarı təsnifat vəzifələrə irəli çəkilməklə hazırda onlardan 125 nəfəri Baş Prokurorluqda, 44 nəfəri isə rəhbər vəzifələrdə çalışır.
Z. Qaralov bildirib ki, ötən ilin peşə bayramından sonrakı dövrdə 195 prokurorluq işçisi xidməti qaydada həvəsləndirilib, intizam məsuliyyətinə cəlb edilən 38 işçidən 25 nəfərə töhmət və şiddətli töhmət elan edilib, 2 nəfər aşağı vəzifəyə keçirilib, 6 nəfər vəzifədən azad edilib, 5 nəfər prokurorluq orqanlarından xaric olunub:
"Ötən ilin peşə bayramından sonrakı dövr ərzində Baş Prokurorluqda 1506 vətəndaşın qəbulu həyata keçirilmiş, onlardan 206 nəfəri Baş Prokurorluğun rəhbərliyi tərəfindən qəbul edilib. Bununla yanaşı, ölkənin müxtəlif bölgələrində tərəfimdən əhalinin səyyar qəbulu keçirilməklə vətəndaşların qaldırdıqları məsələlərin yerində həll edilməsi və əsaslı müraciətlərin təmin olunması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilib. Bu tədbirlər mütəmadi xarakter daşımaqla, ötən bir ilə yaxın müddət ərzində bölgələrdə 12 səyyar qəbul keçirilməklə ümumilikdə 291 vətəndaş qəbul edilərək daxil olmuş müraciətlərin hərtərəfli araşdırılması və qısa müddətdə qanuni həlli üçün zəruri tədbirlərin görülməsi təmin edilib".
Femida.az
Oxunub: 1372
Oxşar xəbərlər
- Zakir Həsənov şəhid ailələrinə başsağlığı verib
- Zakir Həsənov Ermənistan tərəfindən törədilə biləcək istənilən təxribatın qarşısının alınması üçün tapşırıqlar verib
- Zakir Həsənov və Sergey Şoyqu arasında telefon danışığı olub
- Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
- Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
- Zakir Həsənov döyüş hazırlığı tədbirləri və təlimlərin artırılması barədə tapşırıq verib
- Zakir Həsənov NATO rəsmilərini sərhəddəki vəziyyət barədə məlumatlandırıb
- Zakir Həsənov Kəlbəcərə gedib, yeni hərbi infrastrukturlara baxış keçirib
- Zakir Həsənov britaniyalı naziri Qarabağdakı vəziyyətlə bağlı məlumatlandırıb
- Zakir Həsənov ordunun şəxsi heyətinə döyüş vasitələrinin tətbiqinə hər an hazır olmağı tapşırıb