Bakı metrosunda "Diqqət! Hamıya!" komandası - İnsanlar belə xilas edilir


12:45     28 Sentyabr 2018 2018/09/meti_3076249800.jpg

Fövqəladə hallar zamanı əhalinin mühafizəsinin təşkil edilməsi, insanların hazırlığının təmin olunması məqsədilə “Bakı Metropoliteni” QSC-nin bütün istehsalat sahələrində taktiki-təlim məşğələləri keçirilir.



Qurumun mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, tədbirlər planına uyğun olaraq, növbəti belə tədbir səhmdar cəmiyyətin idarə aparatının da yerləşdiiyi texnoloji korpusunda baş tutub.

“Diqqət hamıya” komandası ilə birləşmiş dəstə manqaları dərhal öz funksional vəzifələrini yerinə yetirməyə başlayıblar. Rabitəçilərdən, tibb məntəqəsi, lift sahəsi, mühafizə xidmətinin işçilərindən, elektriklərdən, santexniklərdən ibarət qruplar yaradılan qərargahdan idarə olunmaqla öz sahələrinə aid qurğu və avadanlıqları yoxladıqdan sonra, binada çalışan işçilərin təxliyə prosesinə qoşulublar.

Bütün proseslər müəyyən olunmuş qaydalara uyğun ardıcıllıqla və qısa müddətdə başa çatdırılıb.

"Bakı Metropoliteni" QSC-nin mülki müdafiə qərargahının rəhbərliyi taktiki təlim zamanı bütün birləşmiş dəstə manqalarının fəaliyyətini yüksək qiymətləndirib.





Femida.az

Açar sözlər:

Oxunub: 1012