Sumqayıtda turistləri daşıyan avtobus "Shacman"la toqquşdu - 2 ölü, 15 yaralı


10:10     30 Sentyabr 2018 18_09_30_1538283996.jpg


Sumqayıt şəhərinin Zeynalabdin Tağıyev qəsəbəsində baş verən yol qəzasında 2 nəfər həyatını itirib, daha 15 nəfər yaralanıb.

Femida.az Report-a istinadən xəbər verir ki, Bakıdan Quba rayonuna turist aparan mikroavtobus Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən körpünün altında "Shacman" markalı yük maşını ilə toqquşub.

Nəticədə 17 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onlardan ikisi dünyasını dəyişib. Yerdə qalanlardan 10 nəfəri reanimasiya şöbəsində müalicə olunur.

Avtobus sərnişinləri Rusiya əsilli Azərbaycan vətəndaşlarıdırlar.

09:03

Sumqayıtda sərnişin avtobusunun qəzaya uğraması nəticəsində bir neçə nəfər xəsarət alıb.

Femida.az-ın Report-a istinadən məlumata görə, hadisə Hacı Zeynalabdin qəsəbəsində baş verib.

Sumqayıtdan Hacı Zeynalabdin qəsəbəsinə doğru hərəkət edən sərnişin avtobusu "KamAZ" markalı yük avtomobili ilə toqquşub. Hadisə zamanı 10-dan çox insan xəsarət alıb.

Qəzanın təfərrüatları araşdırılır.

Femida.az

Açar sözlər: #Sumqayıt  

Oxunub: 1301