Miqrantları soyundurub ölkələrinə qaytardılar


19:33     30 Sentyabr 2018 18_09_30_1538319886.jpg

Yunanıstana qeyri-leqal yollarla daxil olan miqrantlar iddia edir ki, bu ölkənin polisi onlara işkəncə verir və soyunduraraq ölkələrinə geri göndərir.


Femida.az publika.az-a istinadən xəbər verir ki, bu hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Belə ki, yunan polisi sonuncu dəfə Türkiyənin Ədirnə bölgəsindən Yunanıstan sərhədlərinə qanunsuz yollarla daxil olmağa çalışan 13 nəfər miqrantı saxlayıb. Bununla bağlı Ədirnə Miqrasiya Xidmətinə məlumat verilib.

Miqrantların ifadələrinə görə, sənədlərinin qaydasında olmadığı məlum olduqdan sonra Yunanıstan polisi onları təhqir edib, döyərək pal-paltarlarını və pullarını əllərindən alıb.

Daha maraqlı fakt isə ondan ibarətdir ki, Yunanıstan polisi miqrantları Bisna bölgəsində çılpaq halda tapdığını, onları müayinə üçün tibb mərkəzinə apararaq zəruri geyimlərlə təmin etdikdən sonra Miqrasiya İdarəsinə təhvil verdiklərini deyiblər.

Miqrantlardan birinin ayağı sınıq və ciddi xəsarətlər alıb. İrəli sürülən iddialarla bağlı araşdırma aparılır.

Qeyd olunur ki, ötən həftə çoxu aralarında qadın və uşaq olan 80 pakistanlı qaçaq da Yunanıstan sərhəddindən Türkiyəyə göndərilib.

Açar sözlər:

Oxunub: 1877