Türkiyə İndoneziyaya zəlzələ ilə bağlı hər cür köməklik göstərməyə hazırdır


21:37     30 Sentyabr 2018 erdogan.jpg

Türkiyə İndoneziyaya baş verən və tələfata səbəb olmuş zəlzələ ilə bağlı hər cür köməklik göstərməyə hazırdır.

Femida.az -ın məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Tvitter" sosial şəbəkəsində yazıb.

Ərdoğan həmçinin İndoneziya xalqına ölənlərlə əlaqədar başsağlığı verib, xəsarət alanlara tezliklə sağalmağı arzulayıb.

Son məlumatlara əsasən, İndoneziyanın Sulavesi adasında baş verən zəlzələ və sunami nəticəsində 832 nəfər həyatını itirib.

Açar sözlər:

Oxunub: 2064