Prezident İsmət Qayıbovun oğlunu təltif edib
09:56 01 Oktyabr 2018
Prezident İlham Əliyev iki gün öncə - sentyabrın 28-də Azərbaycan Prokurorluğunun yaranmasının 100 illik yubileyi münasibətilə və Azərbaycan Respublikasında qanunçuluğun təmin edilməsində, ağır və xüsusilə ağır cinayətlərin istintaqının aparılmasında, korrupsiyaya qarşı mübarizədə, məhkəmədə dövlət ittihamının müdafiə olunmasında yüksək peşəkarlıq göstərdiklərinə, xidməti vəzifələrinin yerinə yetirilməsində fərqləndiklərinə görə Prokurorluğun bir sıra əməkdaşlarını təltif edib.
Femida.az-a məlum olub ki, müxtəlif orden və medallarla təltif edilənlər arasında Azərbaycanın sabiq Baş prokuroru İsmət Qayıbovun oğlu da var.
Belə ki, hazırda prokurorluq sistemində işləyən İsmayıl İsmət oğlu Qayıbov “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.
Xatırladaq ki, mərhum Baş prokuror İsmət Qayıbov 1991-ci il noyabrın 20-də Azərbaycan tarixinin ən faciəli hadisələrindən biri zamanı həlak olub. Həmin vaxt Xocavənd rayonunun Qarakənd yaşayış məntəqəsi üzərində “Mİ-8” vertolyotunun ermənilər tərəfindən vurulması nəticəsində həlak olmuş Azərbaycanın bir çox tanınmış dövlət xadimləri arasında Baş prokuror İsmət Qayıbov da var idi.
Femida.az
Oxunub: 1437
Oxşar xəbərlər
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Baş Prokurorluqdan Azərbaycan Ordusu ilə bağlı XƏBƏRDARLIQ
- Azərbaycan Baş Prokurorluğu: "Ermənistanın təxribatları ilə bağlı cinayət işləri başlanılıb"
- Prokurorluq Əvəz Zeynallı və Elçin Sadıqovun həbsi ilə bağlı məlumat yayıb
- Baş Prokurorluqdan Əvəz Zeynallı açıqlaması: "Araşdırılır"
- Daha üç rayonun prokuroruna yeni müavinlər təyin edilib
- Prokurorluq: "Rəfael Cəbrayılovun qardaşı ötən ay ev dustaqlığına buraxılıb"
- Baş Prokurorluq: "FHN əməkdaşlarının intim videolarının yayılması ilə bağlı araşdırmalara başlanılıb"
- Baş Prokurorluq Şəmkirdə əməliyyat keçirib, vəzifəli şəxs saxlanılıb
- Baş Prokurorluq: "İnternetdə bir-birilərini təhqir edən şəxslərə xəbərdarlıq olunub"