Oktay Əsədov prezidentinə TƏŞƏKKÜR ETDİ


12:57     01 Oktyabr 2018 oqtay%20esedov%20irad.jpg

Milli Məclisin 2018-ci il payız sessiyasının ilk plenar iclası dövlət himninin oxunması ilə açıq elan olunub.



Femida.az-ın xəbərinə görə, spiker Oqtay Əsədov sessiyanın başlanması münasibəti ilə deputatları təbrik edib.

O, sözlərinə belə davam edib: “Azərbaycan parlamentinin 100 illiyi ilə bağlı sentyabrın 20-də təntənəli iclas keçirilib. Dövlət başçısı iclasda nitq söyləyib. Azərbaycan parlamenti haqqında yüksək fikirlər bildirib. Mən bu yüksək fikirlərə görə, cənab Prezidentə təşəkkür edirəm. Bundan sonra da Azərbaycan parlamenti Prezidentin siyasətini dəstəkləmək üçün əlindən gələni edəcək”.

Spiker əlavə edib ki, Milli Məclisin payız sessiyasında bir sıra mühüm qanun layihələrinin müzakirəsi gözlənilir: “2019-cu il büdcə zərfi və digər qanun layihələrini müzakirə edəcəyik”.

Femida.az

Açar sözlər:

Oxunub: 1215