BMT-nin proqram rəhbəri ASAN-dan yazdı


18:42     14 May 2015 helen%20klark%20asan%20x.png

BMT-nin İnkişaf Proqramının rəhbəri Helen Klark `Tvitter` hesabında `ASAN Xidmət` ilə bağlı tvit yazıb.

Xanım Klark “ASAN xidmət”in Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına layiq görülməsi münasibətilə ASAN kollektivini təbrik edib.

Qeyd edək ki, bir neçə gün əvvəl “ASAN xidmət” Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına layiq görülüb (United Nations Public Service Award 2015). 2003-cü ildə təsis edilmiş BMT-nin Dövlət Xidmətləri Mükafatı dövlət xidmətləri sahəsində ən nüfuzlu beynəlxalq mükafatdır.

Açar sözlər:

Oxunub: 648