Erməni generallar hərbçiləri Cəbrayıla topladı


13:15     02 Oktyabr 2018 2018/10/armen_1538471750.jpg


İşğal altında olan Qarabağda Ermənistan ordusunun döyüş atışlı taktiki təlimi keçirilib.

Femida.az Ordu.az-a istinadən xəbər verir ki, oktyabrın 1-də işğal altında olan Qarabağ ərazisində dislokasiya olunan Ermənistan ordusunun qanunsuz bölmələrində davam edən hərbi inspeksiya yoxlamaları çərçivəsində “Mexakavan” (Cəbrayıl rayonu ərazisində) təlim poliqonunda taborun döyüş atışlı taktiki təlimi keçirilib.

Təlimin gedişatını Ermənistanın hərbi inspeksiya rəisi general-polkovnik Movses Hakobyan və general-leytenant Levon Mnatsakanyan izləyiblər.

Femida.az

Açar sözlər: #erməni   #general   #ordu   #Cəbrayıl   #Qarabağ   #təlim  

Oxunub: 6275