Bakıda güclü tıxac - Marşrut avtobusları gecikir


09:51     03 Oktyabr 2018 18_10_03_1538546079.jpg

Paytaxt küçələrində tıxac davam edir.

Bakı Nəqliyyat Agentliyindən Femida.az-a verilən məlumata görə, bu dəqiqələrdə Bakı şəhəri üzrə bəzi küçə və prospektlərdə sıxlıq və tıxac müşahidə edilir.

Yollardakı sıxlıq və tıxac səbəbindən avtobusların təyin olunmuş interval üzrə hərəkətində ləngimələr qeydə alınır: "Sərnişinlərdən xahiş edirik ki, sıxlıq və tıxacla əlaqədar avtobusların ləngiməsini anlayışla qarşılasınlar".

Femida.az

Açar sözlər: #BNA   #avtobus   #tıxac  

Oxunub: 625