İranda edam terroru davam edir: 24 yaşlı Zeynəb həbsxanada asıldı
12:51 03 Oktyabr 2018
İranda əri tərəfindən verilən işgəncələrə dözməyib onu öldürən 24 yaşlı Zeynəb Sekaanvand edam olunub.
Bu barədə İran Milli Müqavimət Şurasının Qadınlar Komitəsi öz internet səhifəsində məlumat yayıb.
Z. Sekaanvandın yaxınlarının bildirdiyinə görə, o Urmiya Mərkəzi Həbsxanasında asılıb.
Müqavimət Şurası Z. Sekaavandın asılmasını pisləyib, insan haqları müdafiəçilərini İrandakı edamlara qarşı çıxmağa çağıran bəyanatla çıxış edib.
Bir qədər əvvəl Beynəlxalq Əfv Təşkilatı da iranlı səalhiyyətli şəxslərə səslənərək Sekaanvandla bağlı çıxarılan edam qərarının dərhal ləğv olunmasını tələb etmişdilər.
Zeynəb Sekaanvandın 2008-ci ildə 15 yaşında olarkən Hüseyn Sarmadi adlı şəxslə evləndirildiyi bildirilir. Evlililiyin ilk illərindən mütəmadi olaraq şiddət və zorakılığa məruz qalan qadın bir neçə dəfə boşanmaq istəsə də, əri buna razılıq verməyib. Polisə dəfələrlə şikayət etsə də, problemi heç vaxt araşdırılmayıb.
Xatırladaq ki, H. Sarmadi evliliklərindən dörd il sonra, 2012-ci ildə bıçaqlanaraq öldürülmüş halda tapılıb. Polis hadisə ilə əlaqədar Zeynəb Sekaanvandı saxlayıb və o, polis bölməsində 20 gün ərzində kişi polislər tərəfindən işgəncələrə məruz qalıb. 2014-cü ildə isə onun edamı ilə bağlı qərar verilib.
Oxunub: 5822
Oxşar xəbərlər
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- İran Məsləhət Şurasının yeni tərkibi təsdiqlənib, Həsən Ruhani siyahıya daxil edilməyib
- Makron: “İranla nüvə sazişinə qayıtmaq hələ də mümkündür”
- İrandan Azərbaycana 53 kq-a yaxın narkotikin gətirilməsinin qarşısı alınıb
- İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Azərbaycana gəlir
- İranda məcburi hicaba qarşı kampaniya başlayıb
- Ərdoğanın İrana səfər tarixi açıqlanıb
- Azərbaycan sərhədini pozan İran vətəndaşları saxlanılıb
- Ceyhun Bayramov İrana gedib
- ABŞ və İran nümayəndələri arasında danışıqlar davam etdiriləcək