İcra məmurlarına nəzarət qaydası sərtləşdi
09:51 04 Oktyabr 2018
Nazirlər Kabineti “İcra məmurlarının fəaliyyətinə nəzarət Qaydası”nda dəyişikliklər edib.
Femida.az xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb. Dəyişikliyə görə, icra məmurlarının fəaliyyətinə nəzarəti həyata keçirən qurumlar sırasına Ədliyyə Nazirliyinin Probasiya Xidməti də əlavə edilib.
Bundan başqa yoxlama aparan şəxs ictimai işlər növündə, cərimə növündə cəzanın icrası, müəyyən vəzifətutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə növündə cəzanın icrası, islah işləri, azadlığın məhdudlaşdırılması, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəzaların, ictimai işlər növündə inzibati tənbehin icrasına baxan icra məmuru tərəfindən qanunvericiliklə müəyyən olunmuş vəzifələrinin yerinə yetirilməsini, icra məmurları tərəfindən şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, cəzasının çəkilməsi təxirə salınmış məhkumlara, azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş, habelə inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərin ixtisaslaşdırılmış tibb müəssisələrində məcburi müalicəsi barədə məhkəmə qərarlarının tələblərinin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsini yoxlayacaq.
Femida.az
Oxunub: 435
Oxşar xəbərlər
- İcra hakimiyyətinin qarşısına bomba qoyulub..." - Bakıda həyəcan, həbs edilən kimdir?
- İcra başçısının sabiq xanım müavini məhkəmə zalında HƏBS OLUNDU
- İcra başçısı özünə yeni köməkçi təyin edib
- İcra başçısının polis oğlu daxili işlər orqanlarından xaric olunub
- İcra məmurunun döyülməsinə görə cinayət işi açıldı
- İcra başçısının bacısı oğlunun vəkili medianın məhkəmədə iştirakına etiraz edib
- İcra başçısının bacısı oğlu həbs edilib
- İcra məmurları bu il borclu şəxslərə 610 milyon manat ödətdirib
- İcra Hakimiyyətinin vəzifəli şəxsinin məhkəməsi başlayır
- İcra Hakimiyyətinin işçilərinə xəbərdarlıq edildi