Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurası ləğv olundu


19:06     04 Oktyabr 2018 serencam%20ferman%20imza%20kreslo.jpg

Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsinin Direktorlar Şurası ləğv olunub.

Femida.az xəbər verir ki, bu məsələ Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi Palatanın yeni nizamnaməsində öz əksini tapıb.

Nizamnaməyə görə, MBNP-nin idarəetmə orqanı İdarə Heyətidir. Bundan əvvəlki nizamnamədə isə qurumun idarə edilməsi İdarə Heyəti ilə yanaşı Direktorlar Şurasına həvalə edilmişdi.

Femida.az

Açar sözlər:

Oxunub: 532