İndoneziyada zəlzələ qurbanlarının sayı 1600-ü keçdi


09:17     06 Oktyabr 2018 2018/10/4dce2642-4d42-4eb1-8218-9df63fd93b3a_1538803132.jpg


İndoneziyanın Sulavesi adasında baş verən zəlzələ və ardınca sunami nəticəsində ölənlərin sayı 1650 nəfərə çatıb, 563 nəfər itkin düşmüş hesab edilir.

Bunu ölkənin siyasət, ədliyyə və təhlükəsizlik məsələləri üzrə əlaqələndirici naziri Viranto deyib.

"Hazırda 1648 nəfər dəfn edilib, bununla belə 563 nəfər itkin düşüb", - deyə məmur söyləyib.

O qeyd edib ki, "ölənlərin hamısının şəxsiyyətini müəyyən etmək mümkün olmayıb. Buna baxmayaraq, yolxucu xəstəliklərin yayılmamasüçün ölənlər təcili dəfn edilməlidirlər".

Bundan əvvəl ölənlərin 1571 nəfər olduğu, 2,5 mindn çox insanın xəsarət aldığı bildirilirdi. / Report

Femida.az

Açar sözlər: #İndoneziya   #zəlzələ  

Oxunub: 376