19 yaşlı qız su kollektorunda batdı


17:23     07 Oktyabr 2018 bogulub.jpg

07.10.2018-ci il tarixində, saat 11:21-də, FHN-in “112” Zəng mərkəzindən,Mil-Muğan-Şirvan su kollektorunun Kürdəmir rayonu, Həzi-Məhərrəmli kəndi ərazisindən keçən hissəsində,suyun üzərində 1 nəfər qadın cəsədinin görülməsi barədə (ən yaxın məntəqə ərazisindən 140 km aralı nəzarətsiz ərazidə) məlumat daxil olub.

Femida.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, məlumat alındıqdan dərhal sonra,xidmətin strukturuna daxil olan “Aran” dalğıc axtarış qrupundan 5 nəfər şəxsi heyyət və xüsusi dalğıc avadanlıqları ilə hadisə yerinə göndərilib.

REKLAM

www.facebook.com

Daha ətraflı
Native Video by Adributor

Həmin gün,saat 14:58-də,intihar məqsədi ilə özünü kanala atmış, Zərdab rayonu, Şah-hüseynli kənd sakini, 1999-cu il təvəllüdlü Həsənova Mətanət Yaşar qızının cəsədi “Aran” dalğıc axtarış qrupunun dalğıc-xilasediciləri tərəfindən tapılıb çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Femida.az

Açar sözlər:

Oxunub: 507