Naxçıvanda 16 qanunsuz miqrant saxlanılıb
18:54 10 Oktyabr 2018
Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən sentyabr ayı ərzində muxtar respublika ərazisində qanunsuz yaşayan və qeydiyyatsız olan, habelə qanunsuz əmək fəaliyyəti ilə məşğul olan 16 əcnəbi aşkarlanıb.
Femida.az xəbər verir ki, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq aşkarlanmış əcnəbilər barəsində müvafiq tədbirlər görülüb.
Ümumilikdə, ay ərzində Dövlət Miqrasiya Xidmətinə əcnəbilər, habelə Azərbaycan Respublikası vətəndaşları tərəfindən 906 müraciət daxil olub. Bu müraciətlərdən 178-i əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti yaşamaq üçün icazənin, əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazəsinin verilməsi və vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlıdır. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib.
Sentyabr ayı ərzində olduğu yer üzrə qeydiyyatla bağlı 728 müraciət qeydə alınaraq icrası təmin olunub. Həmin müraciətlərdən 278-i elektron xidmətlər portalı və elektron poçt üzərindən qəbul edilib.
Femida.az
Oxunub: 364
Oxşar xəbərlər
- Naxçıvanda Ermənistana məxsus PUA zərərsizləşdirilib
- Naxçıvanda avtomobil yolu keçən piyadanı vuraraq öldürüb
- Naxçıvanda məktəbin uçması nəticəsində ölən şəxslərin sayı 4-a çatıb - RƏSMİ
- Naxçıvanda gömrükçülər 100 kiloqrama yaxın heroin müsadirə edib
- Naxçıvanda avtomobil ər-arvadı vuraraq öldürüb
- Naxçıvanda gəlinini boğaraq öldürən şəxsin məhkəməsi başlayır
- Naxçıvanda yeni təyinat olub
- Naxçıvanda maaşlar artıb
- Naxçıvanda gənc əsgərlər hərbi andı qəbul ediblər
- Naxçıvanda gənc əsgərlər hərbi andı qəbul ediblər