Əhalinin hər biri 296 manat xərcləyib

Əhalinin hər biri 296 manat xərcləyib


14:00     11 Oktyabr 2018 manat1.jpg

2018-ci ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,7 faiz üstələyərək 26,2 milyard manata bərabər olub.


Femida.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesablamalarına görə, ticarət dövriyyəsinin 13133,9 milyon manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 13024,2 milyon manatını qeyri-ərzaq məhsulları təşkil edib.

2018-ci ilin yanvar-sentyabr aylarında istehlak məhsullarının 16,9 faizi ticarət müəssisələri, 50,8 faizi fərdi sahibkarlar tərəfindən, 32,3 faizi isə bazar və yarmarkalarda satılıb.

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 296,3 manat və ya 2017-ci ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 12,9 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 148,8 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 147,5 manatlıq qeyri-ərzaq məhsulları alıb.

Femida.az

Açar sözlər:

Oxunub: 176