Dağlıq Qarabağdakı qondarma rejimin təbliğatına qarşı petisiya - SİZ DƏ QOŞULUN!
10:41 12 Oktyabr 2018
ABŞ-ın Qlendeyl şəhərində küçələrdən birinə “Artsax” adının verilməsinə etiraz olaraq bir qrup azərbaycanlı blogger tərəfindən petisiya başladılıb.
Change.org saytında yaradılan petisiyada bildirilir ki, “Arsax” sözü Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsinin alternativ adıdır. Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və 7 ətraf rayon Azərbaycan Respublikasının ərazisinin təxminən 20 faizini təşkil edir.
Petisiyada qeyd olunur ki, Ermənistan dövlətinin Azərbaycana qarşı apardığı işğalçılıq siyasətinin nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsində qondarma rejim yaradılıb və dünyada heç bir dövlət, heç bir beynəlxalq təşkilat bu oyuncaq rejimi tanımır. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrdə Dağlıq Qarabağ və ətraf yeddi rayonun Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu və erməni silahlı birləşmələrinin qeyd-şərtsiz həmin ərazini tərk etməli olduqları bildirilib.
Petisiyada ABŞ dövlətinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hər zaman hörmətlə yanaşdığı və Dağlıq Qarabağda yaradılmış qondarma rejimi tanımadığı xüsusi olaraq vurğulanıb.
Sonda Qlendeyl şəhəri bələdiyyəsinə çağırış edilir: İllərdir erməni işğalından əziyyət çəkən Azərbaycan xalqı Glendale şəhərindəki prospektlərdən birinə “Arsax” adının verilməsinə görə çox narahatdır. Biz bu petisiyanı imzalamaqla Glendale şəhər bələdiyyəsindən “Arsax” adından imtina etməyi xahiş edirik.
Petisiyaya qoşulmaq üçün BURA daxil olmaq lazımdır. Bunun üçün adınızı, soyadınızı və e-mail adresinizi qeyd edərək “imzala” düyməsinə basmaq lazımdır. Daha sonra e-mail adresinizdə imzanızı təsdiqləməyi UNUTMAYIN.
Dostlar, siz də qoşulun və Dağlıq Qarabağla bağlı həqiqətlərimizi dünyaya çatdıraq.
PETİSİYANIN LİNKİ: https://www.change.org/p/u-s-senate-protest-against-the-glendale-municipality-from-azerbaijan?recruiter=460072122&utm_source=share_petition&utm_medium=facebook&utm_campaign=share_for_starters_page&utm_term=14fc07ca132e44b59c999f93a2f9c167&fbclid=IwAR3HPLD451gNCNjM2CC0Cbuz63qFUdZFJFSGw-21tSgHoz0iWlgpQnWAW6o
Femida.az
Oxunub: 3667
Oxşar xəbərlər
- Dağlıq ərazilərdə yağıntılı hava şəraiti martın 24-dək davam edəcək, qar yağacaq
- Dağlıq ərazidə narkotik tərkibli bitkilər yetişdirən həmkəndlilər saxlanılıb
- Dağlıq Qarabağın Azərbaycanlı İcması yaxın gələcəkdə Şuşaya köçürüləcək
- Dağlıq Qarabağla bağlı əldə olunan razılaşmalara əməl olunur - Putin
- Dağlıq Qarabağ və ətraf regionların enerji potensialı
- Dağlıq Qarabağın Azərbaycanlı İcması işğal altındakı ərazilərdə yaşayan ermənilərə müraciət edib
- Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icması bəyanat yaydı
- Dağlıq ərazidə yanğın başlayıb
- Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasından BƏYANAT
- Dağlıq Qarabağdakı saxta "seçkilər"lə bağlı BMT-nin Baş katibinə məktub ünvanlandı