Müəllimlərin işə qəbulu üzrə növbəti mərhələ başlayır
18:14 12 Oktyabr 2018
Sabahdan Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətli müqavilə əsasında müəllimlərin işə qəbulunun dördüncü turu üzrə elektron sənəd qəbulu başlayır.
Təhsil Nazirliyindən Femida.az-a verilən məlumata görə, dördüncü turda müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə əvvəlki turlarda uğur qazanmayan, müəllimlərin işə qəbulu üzrə builki və ötənilki müsabiqədə iştrak edən şəxslər qatıla bilərlər.
Müəllimlərin işə qəbulu üzrə ötənilki müsabiqədə uğur qazanmış müəllimlər ikinci iş yerində müddətli müqavilə ilə işləmək məqsədilə sözügedən prosesdə iştirak edə bilər.
Bakı şəhərinin ümumi təhsil müəssisələrinə ibtidai sinif müəllimlərinin müddətli müqavilə ilə işə qəbulu əvvəlki turlarda olduğu kimi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən həyata keçiriləcək.
Müddətli müqavilə ilə müəllimlərin işə qəbulunun dördüncü turu üzrə elektron sənəd qəbulu oktyabrın 14-dək davam edəcək.
Femida.az
Oxunub: 659
Oxşar xəbərlər
- Müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbulu başa çatır
- Müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbulu başlayıb
- Müəllimlərin yerdəyişməsi üzrə vakansiya seçimi başlayır
- Müəllimlərin işə qəbulunun müsahibə mərhələsi başlayır
- Müəllimlərin işə qəbul imtahanında namizədlərə verilən vaxt artırılacaq
- Müəllimlərin işə qəbulu imtahanlarına start verilir
- Müəllimlərin işə qəbul imtahanı bərpa olunur
- Müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbulu başlayıb
- Müəllimlərin işə qəbulu üzrə müsabiqə başlayır
- Müəllimlərin yerdəyişməsi ilə bağlı YENİLİK