Qusarda ayı inəkləri parçaladı


10:40     13 Oktyabr 2018 2018/10/ayı_inek1539373635_1539412890.jpg

Qusarda ayı mal-qaraya hücum edib.



Femida.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Qusarın Suvacal kəndində, örüşə buraxılan mal-qara ayı hücumuna məruz qalıb.

Kənd sakinlərinin sözlərinə görə, kənddə yaşayan Cavid Qayıtmazov, Ərziman İbrahimov və Zabit Qayıtmazovun 3 baş iribuynuzlu heyvanlarını ayı örüş sahəsində parçalayıb.

Sakinlər hadisədən bir gün sonra xəbər tutublar.

Mal-qarasına ziyan dəymiş sakinlər bildiriblər ki, örüşə gedən heyvanlar geri qayıtmayıb. Onlar ertəsi gün həmin əraziyə baxdıqda görüblər ki, 3 baş inəyi ayı otlaq yerində parçalayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 528